Tanınmış diktor: “Aparıcılar əndrabadi vurğularla danışır”

saytların hazırlanması

Evə çatdırılma

Tanınmış diktor: “Aparıcılar əndrabadi vurğularla danışır”

Şou

14 Fevral 2023 13:55 1232


"Baxmayaraq ki, 55 ildən çoxdur ki, bu sənətdəyəm, amma yenə də kamera qarşısında eynilə o həyəcanı keçirirəm. Bunsuz mümkün deyil. Sən sənətdə nəyəsə nail olmaq, nəyisə qət etmək istəyirsənsə mütləq cavabdehlik hissin olmalıdır".

Yenisabah.az moderator-a istinadla xəbər verir ki, bunu Xalq artisti, tanınmış diktor Şərqiyyə Hüseynova deyib. 

O bildirib: "Bu gün aparıcılar çox çətin şəraitdə çalışırlar. Həm studiya, həm çöl çəkilişlərində olur, həm də montaja girirlər. Bütün bunlardan xəbərdaram. Biz isə o vaxt təkcə öz üzərimizdə çalışırdıq ki, yalnız səlis nitq ilə danışaq. Artıq hərəkətlər, aksesuarlar, saç düzümləri qadağan idi. Saçımı mütləq yığmalı idim ki, gözümə bir tük də olsa belə maneçilik törətməsin, tamaşaçıya fikrimi düzgün çatdıra bilim. Marqarita pizza

Televiziyalarımızın bir bəlası var. Onlar danışıq dilindən uzaqdırlar. Adi danışıq tərzində danışanda başqa cür, kağız parçasını əllərinə götürən kimi əndrabadi vurğularla danışırlar".


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!