TBMM sədri İlham Əliyevi yenidən Prezident seçilməsi münasibətilə təbrik etdi

saytların hazırlanması

Evə çatdırılma

TBMM sədri İlham Əliyevi yenidən Prezident seçilməsi münasibətilə təbrik etdi

Siyasət

07 Fevral 2024 22:59 487


Türkiyə Böyük Millət Məclisinin (TBMM) sədri Numan Kurtulmuş Azərbaycandakı növbədənkənar prezident seçkilərinin uğurla keçirilməsi və İlham Əliyevin yenidən Prezident seçilməsi münasibətilə paylaşım edib.

Yenisabah.az xəbər verir ki, o, bu barədə “X”dəki hesabında yazıb.

“Azərbaycanda keçirilən prezident seçkilərində qələbə qazanaraq yenidən dövlət başçısı seçilən cənab İlham Əliyevi təbrik edir, vəzifəsində uğurlar arzulayıram. Seçkilərin nəticəsinin “bir millət, iki dövlət” prinsipi ilə ortaq hədəflərə doğru irəlilədiyimiz dost və qardaş Azərbaycan xalqı üçün xeyirli olmasını arzu edirəm”, - o, sosial şəbəkə hesabında qeyd edib. pizza mizza


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!