TƏBİB Şabranda baş verən qəzada xəsarət alanlarla bağlı məlumat yaydı

saytların hazırlanması

Evə çatdırılma

TƏBİB Şabranda baş verən qəzada xəsarət alanlarla bağlı məlumat yaydı

Hadisə

22 Sentyabr 2022 20:59 993


TƏBİB Şabranda baş verən qəzada xəsarət alanlarla bağlı məlumat yayıb.

Yenisabah.az TƏBİB-ə istinadən xəbər verir ki, baş vermiş qəzada xəsarət alan 17 nəfər TƏBİB-in tabeliyində fəaliyyət göstərən Şabran Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.

Onlardan 1 nəfər ölüb, 2 nəfər Kliniki Tibbi Mərkəzə göndərilib. Hazırda 14 nəfərin müalicəsi Şabran Rayon Mərkəzi Xəstəxanasının Cərrahiyyə və Reanimasiya şöbələrində davam etdirilir. Toyuqlu pizza

Qeyd edək ki, Şabran rayonunun Aygünlü kəndi ərazisində mikroavtobusun aşması nəticəsində bir nəfər ölüb, 16 nəfər xəsarət alıb. Faktla bağlı araşdırmalar davam etdirilir.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!