TƏBİB Vüqar Həşimovun valideynlərinə dair məlumat yaydı

saytların hazırlanması

Evə çatdırılma

TƏBİB Vüqar Həşimovun valideynlərinə dair məlumat yaydı

Sosial

03 Dekabr 2024 10:21 510


TƏBİB Novxanıda partlayış zamanı xəsarət alan şəxslər barədə məlumat yayıb.

Yenisabah.az xəbər verir ki, onlar mərhum şahmat ustası Vüqar Həşimovun valideynləridir.

Dağıntılar altından çıxarılan Qasım Həşimov və Aidə Həşimova evdə baş verən partlayış nəticəsində xəsarət alıblar. pizza

Onlar Sumqayıt Tibb Mərkəzinin nəzdində olan Təcili Tibbi Yardım Xəstəxanasına hospitalizasiya olunub:

"Reanimasiya şöbəsinə yerləşdirilən 1949-cu il təvəllüdlü şəxsə hər iki aşağı ətrafın və sifətin I, II, III dərəcəli yanığı, 1959-cu il təvəllüdlü şəxsə isə sol bud sümüyünün sınığı, sol əlin yarası diaqnozları təyin edilib. Onların müalicələri davam etdirilir, vəziyyətləri ağırdır".


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!