Tehran İsaili müharibə ilə hədələdi: Bütün vasitələrdən istifadə ediləcək

saytların hazırlanması

Evə çatdırılma

Tehran İsaili müharibə ilə hədələdi: Bütün vasitələrdən istifadə ediləcək

Dünya

02 İyul 2024 13:31 472


"İran "Hizbullah"ı dəstəkləmək üçün bütün vasitələrdən istifadə edəcək".

Yenisabah.az Financial Times-a istinadla xəbər verir ki, bunu Ali Rəhbərin baş müşaviri, Strateji Xarici Əlaqələr Şurasının rəhbəri Kamal Xərrazi deyib.

"Əgər sionist rejim Livan "Hizbullah"ına qarşı genişmiqyaslı hücuma keçərsə, Yaxın Şərq regionu Tehran və "müqavimət oxu"nun da iştirak edəcəyi müharibənin başlaması riski ilə üzləşəcək. Müqavimətin bütün imkanlarını işə salınacaq", - deyə o vurğulayıb. Dördpendirli pizza

Xərrazi qeyd edib ki, İslam Respublikasının regional müharibədə maraqlı deyil. O, Amerikadan münaqişələrin daha da genişlənməsinin qarşısını almaq üçün İsrailə təzyiq göstərməsini istəyib:

"Müharibənin İran da daxil olmaqla bütün ölkələri əhatə etməklə bütün regiona yayılma ehtimalı var və belə bir vəziyyətdə "Hizbullah"ı tam dəstəkləməkdən başqa çarəmiz yoxdur".

O əlavə edib: "Müharibənin genişlənməsi heç kimin, nə İranın, nə də Amerikanın marağındadır".


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!