Tehranda hökumətə ETİRAZ: “Xameneiyə ölüm, diktatora ölüm!”

saytların hazırlanması

Evə çatdırılma

Tehranda hökumətə ETİRAZ: “Xameneiyə ölüm, diktatora ölüm!”

Dünya

12 Fevral 2022 10:12 1015


İranda yaşayış binalarından birində çəkilən video sosial şəbəkələrin gündəmini zəbt edib.

“Yeni Sabah” Oxu.az-a istinadən xəbər verir ki, bu barədə “Iran International” xəbər agentliyi məlumat yayıb.

İranda inqilabdan sonra hər il 11 fevral (22 bəhmən) islam inqilabının qələbəsi günü kimi rəsmi şəkildə qeyd olunur. Marqarita pizza

Bildirilir ki, fevralın 10-da, yəni inqilabın ildönümündən bir gün qabaq Tehran şəhərində insanlar evlərinin balkon və pəncərələrinə çıxaraq hökumətə qarşı bir sıra şüarlar səsləndiriblər.

Səsləndirilən şüarlar arasında ən diqqətçəkənləri isə “Xameneiyə ölüm”, “diktatora ölüm” və “İslam Cümhuriyyətinə ölüm” şüarları olub.

Qeyd edək ki, özəlliklə son dövrlərdə İran xalqı arasında islam rejiminə qarşı kəskin nifrət müşahidə olunur. Bunu ölkə rəhbərliyinin İranın müxtəlif şəhərlərində quraşdırılan şəkil və heykəllərinin sadə vətəndaşlar tərəfindən dəfələrlə yandırılmasında da görmək olar.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!