“Təkcə biz dirilər yox, həm də ölülərimiz Qarabağa qayıdacaq” -   Video

saytların hazırlanması

Evə çatdırılma

“Təkcə biz dirilər yox, həm də ölülərimiz Qarabağa qayıdacaq” - Video

Sosial

20 Oktyabr 2020 16:48 1318


“1994, 1995, hətta 2000-ci illərə qədər bizim əzizlərimiz dünyasını dəyişəndə onların qəbirləri çəpinə qoyulurdu. Bu da onun müvəqqəti olması anlamına gəlirdi”.

Bu sözləri Musavat.com-un canlı yayımında qonaq olan Jurnalist Araşdırımalar Mərkəzinin rəhbəri, Yenisabah.az xəbər saytının baş redaktoru Seymur Verdizadə deyib.

O, illər ötdükcə qarabağlıların torpaqların qayıdacağına inamının azaldığını bildirib: Dominos pizza

“Biz cəbrayıllılar, qarabağlılar düşünürdük ki, bizim ölülərimiz də burada müvəqqətidir, tezliklə öz yurd-yuvamıza qovuşacağıq və təkcə biz dirilər yox, həm də ölülərimiz doğma torpaqlara qayıdacaq. Amma aradan 5-6 il keçdikdən sonra bu ənənə yadırğandı, artıq heç kim qəbirlərin çəpinə qoyulmasına meyl göstərmədi, bu da onunla bağlı idi ki, vaxt keçdikcə bizim Qarabağa qayıdacağımıza inamımız azalırdı. İşğalın 5-10-cu illərində “İnşallah gələn il bayrağımızı Cəbrayılda dalğalandırarıq” kimi şablon cümlələrdən  istifadə edə bilmirdik. Bu cür cümlələr işlədəndə bizə qeyri-adi baxırdılar. 27 il torpaq həsrəti yaşayan, bu hissləri keçirən insanlar üçün qısa müddətdə torpaqların azad olması xəbərini almaq çox xoş oldu. Mən Cəbrayılın işğaldan azad olunması xəbərini evdə ailəmlə birgə qarşıladıq, amma necə qarşıladıq, bunu gərək qonşularımızdan soruşasınız. Bunu sözlə ifadə etmək mümkün deyil. Son 27 ildə ömrümüzün ən xoş gününü yaşadıq”.

Həmin görüntüləri təqdim edirik: 

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!