Təqaüdçülərə   şad xəbər

saytların hazırlanması

Evə çatdırılma

Təqaüdçülərə şad xəbər

Sosial

16 Oktyabr 2020 10:00 1368


Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Sosial Müdafiə Fondu (DSMF) tərəfindən oktyabr ayı üzrə pensiyaların ödənişi başa çatdırılıb.

Bunu Yenisabah.az-a açıqlamasında  Dövlət Sosial Müdafiə Fondunun İctimaiyyətlə əlaqələr departamentinin müdiri Rəşad Mehdili bildirib.

Onun sözlərinə görə, dövlət qulluqçuları, hərbi və xüsusi rütbəli şəxslərə də oktyabr ayının pensiyaları ödənilib. Vətəndaşlar pensiyalarını Beynəlxalq Bankdan və Kapital Bankdan onlara verilmiş kartlar vasitəsi ilə həmin bankın bankomatlarından əldə edə bilərlər. Sezar pizza

Qeyd edək ki, Bakı və Sumqayıt şəhərləri, Abşeron rayonu üzrə oktyabr ayının pensiyaları bu ayın 9-da ödənilib.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!