“Terrorçular yerindəcə məhv edilməlidir” - Kadırov

saytların hazırlanması

Evə çatdırılma

“Terrorçular yerindəcə məhv edilməlidir” - Kadırov

Dünya

23 İyun 2024 23:23 722


Onlar qorxaqlar kimi xəstə qoca keşişi öldürdülər.

Yenisabah.az Axar.az-a istinadən xəbər verir ki, bunu Çeçenistanın rəhbəri Ramzan Kadırov Dağıstanda baş verən terror aktından danışarkən deyib.

“Baş verənlər iyrənc təxribat kimi görünür. Bu cinayətləri törədən terrorçuların nə imanı, nə milləti, nə də adi kişiliyi var. Terrorçular yerindəcə məhv edilməlidir”, - Kadırov bildirib. Toyuqlu pizza

Qeyd edək ki, Mahaçqala və Dərbənddə iki kilsə və bir sinaqoqa, o cümlədən yol polisi postuna hücum edilib. Nəticədə rəsmi məlumata görə, 7 polis ölüb, Dərbənddə keşiş qətlə yetirilib, Mahaçqalada kilsə mühafizəçisi öldürülüb, o cümlədən sinaqoq yandırılıb.

İlkin məlumata görə, ən azı iki silahlı zərərsizləşdirilib.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!