“Tik-tok”da özünü polis əməkdaşı kimi təqdim edən şəxs ələ keçdi

saytların hazırlanması

Evə çatdırılma

“Tik-tok”da özünü polis əməkdaşı kimi təqdim edən şəxs ələ keçdi

Hadisə

29 Oktyabr 2022 15:33 1018


“Tik-tok”da özünü polis əməkdaşı kimi təqdim edən şəxs müəyyən olunub, izahatı alınıb.

Yenisabah.az xəbər verir ki, bu barədə DİN Mətbuat Xidmətinin əməkdaşı Nurlan Əliyev məlumat verib.

O qeyd edib ki, bu günlərdə “Tik-tok” sosial şəbəkəsində özünü polis əməkdaşı kimi təqdim edən şəxsin bir xanımla xüsusi karantin rejimi ilə əlaqədar tətbiq edilən qaydaları və bu istiqamətdə görülən tədbirləri müzakirə etmələrini əks etdirən video paylaşılıb: "Görülən müvafiq tədbirlərlə videonun O.Məmmədov və K.Zöhrabova tərəfindən 2021-ci ildə çəkildiyi müəyyən olunub. Onlar polis orqanına dəvət olunublar. Müvafiq izahedici söhbətlər aparıldıqdan sonra onlar yanlış hərəkətlərə yol verdiklərini etiraf edərək qeyd olunan görüntüləri sosial şəbəkə hesablarından silərək istifadə etdikləri xidməti geyimi təhvil veriblər"./Report Dördpendirli pizza


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!