Ağcabədi Rayon Polis Şöbəsinin əməkdaşları onlayn yolla dələduzluq edən şəxsi müəyyənləşdirib.
Yenisabah.az DİN-ə istinadla xəbər verir ki, rayon sakini olan bir qadın polisə müraciət edərək "Tik-tok" sosial şəbəkəsində qızıl alqı-satqısı adı altında qeydiyyatda olan səhifənin admininə 50 qram qızıl almaq məqsədi ilə 2800 manat pul göndərməsi və daha sonra həmin şəxsin onu aldadaraq pulunu dələduzluqla ələ keçirməsi barədə məlumat verib.
Keçirilən əməliyyat tədbiri ilə qeyd edilən dələduzluq əməlini törətməkdə şübhəli bilinən Bakı şəhər sakini Kənan Bağırov müəyyən olunub. Həmçinin K. Bağırovun Cinayət Məcəlləinin 178.1-ci maddəsi (dələduzluq) ilə axtarışda olduğu da aşkar edilib. O, aidiyyəti üzrə axtarışda olduğu Polis İdarəsinə təhvil verilib. Toyuqlu pizza
Telegram kanalımız