Bakının mərkəzindəki "Dolma" restoranında ölümlə nəticələnən bədbəxt hadisə baş verib.
Yenisabah.az qafqazinfo-ya istinadla xəbər verir ki, sentyabrın 26-da saat 16 radələrində Tərlan Əliyarbəyov küçəsində yerləşən restoranda Gürcüstan vətəndaşı, 1991-ci il təvəllüdlü Rafiq Yasin oğlu Abdullayev qəfil vəfat edib.
Onun restoranda təmir işləri görərkən elektrik cərəyanının vurması nəticəsində ölməsi müəyyən edilib. pizza sifarişi
Faktla bağlı Səbail Rayon Prokurorluğunda araşdırma aparılır.
Telegram kanalımız