Tovuzda ağır qəza: Ata öldü, oğlu yaralandı

saytların hazırlanması

Evə çatdırılma

Tovuzda ağır qəza: Ata öldü, oğlu yaralandı

Hadisə

07 Noyabr 2022 09:16 1156


Tovuzda minik maşını ilə mikroavtobus toqquşub, sərnişinlərdən biri ölüb.

Yenisabah.az-ın məlumatına görə, hadisə rayon ərazisində baş verib. Belə ki, qəza zamanı axşam saatlarında iki nəfərin xəsarət alması, bir nəfərin dünyasını dəyişməsi barədə Tovuz Rayon Polis Şöbəsinə məlumat daxil olub.

DİN-in Mətbuat Xidmətinin Gəncə regional qrupunun baş inspektoru Eşqin Qasımov “Qafqazinfo”ya bildirib ki, dərhal polis əməkdaşları hadisə yerinə gələrək müvafiq araşdırmalar aparıb: pizza hut

“Araşdırmalar nəticəsində məlum olub ki, VAZ 2107 markalı avtomobil “Mercedes” markalı mikroavtobusla toqquşub, hadisə nəticəsində minik avtomobilində olan sərnişin, 1976-cı il təvəllüdlü Bayramlı kənd sakini Asif Alıyev dünyasını dəyişib, oğlu, 2001-ci il təvəllüdlü Mansur Alıyev və həmkəndlisi, 1981-ci il təvəllüdlü Bayram İsgəndərov müxtəlif bədən xəsarətləri alıb. Mikroavtobusda sərnişin olmayıb, sürücüsü xəsarət almayıb. Hadisə yerində nəqliyyatın hərəkəti bərpa olunub”.

 

Faktla bağlı araşdırmalar davam etdirilir.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!