Tovuzda ev yandırmaqda və oğurluq etməkdə şübhəli bilinən şəxslər saxlanılıb.
Yenisabah.az Dİn-ə istinadla xəbər verir ki, 2022-ci ildə rayonun Bozalqanlı kənd sakininə məxsus fərdi yaşayış evini qəsdən yandırmaqda şübhəli bilinən Eldar Şəmşəddinovdur. Dindirilmə zamanı saxlanılan şəxs törətdiyi cinayət əməlini etiraf edib.
Polis əməkdaşları rayon ərazisindəki bir neçə fermadan müxtəlif dəmir konstruksiyaları oğurlamaqda şübhəli bilinən Qovlar şəhər sakinləri, Siruz Ələsgərov, Elçin Atakişiyev və Əzəmət Hacıyev də saxlayıb. Dominos pizza
Faktlarla bağlı cinayət işi başlanılıb, araşdırmalar davam etdirilir.
Telegram kanalımız