Tovuzda qaz xəttində sızma: Avtomobil yandı, sürücü xəsarət aldı

saytların hazırlanması

Evə çatdırılma

Tovuzda qaz xəttində sızma: Avtomobil yandı, sürücü xəsarət aldı

Hadisə

23 Oktyabr 2022 17:02 1023


Tovuzda qaz sızması avtomobilin yanmasına səbəb olub.

Yenisabah.az xəbər verir ki, hadisə rayonun Yuxarı Öysüzlü kəndində qeydə alınıb.

Rayonun Bozalqanlı kənd sakini Babək İsmayılov idarə etdiyi VAZ 2107 markalı minik avtomobilini nasazlıq səbəbi ilə yolun kənarında saxlayıb. pizza hut

Ancaq Babək İsmayılov yenidən avtomobili işə salmaq istəyən zaman ərazidən keçən qaz xəttində sızma baş verdiyindən yanğın olub. Bu zaman avtomobil yanıb, sürücü yüngül yanıq xəsarətləri alıb.

Hadisə yerinə aidiyyəti qurumların əməkdaşları cəlb olunub./APA


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!