"Toy Tələsi” bədii filminin qala gecəsinin keçirilməsinə artıq bir gün qaldı.
Filmin ssenari müəllifi Yeganə Kərimzadə, quruluşçu rejissoru və layihə rəhbəri tanınmış kinorejissor Faiq Nağıyev, prodüsseri Gülnarə Məmmədova, rejissoru Xəyalə Meydanova, mətbuat katibi Elnarə Dərziyevadır.
Toy Tələsi" filmi rəsmi dövlət reyestrindən keçib. Azərbaycan film fonduna tragikomediya kimi daxil edilib. Dördpendirli pizza
Qeyd edək ki, "Toy tələsi”nin qala gecəsi yanvar ayının 5-də Park Cinema "Flame Towers" filialında gerçəkləşəcək.
Təqdimatda gənc müğənni Rəvan canlı ifası ilə sizlərin qarşısında çıxış edəcək. Musiqili təqdimatda hamının ağız dadı olan “Ləzzət” Şirniyyat evi kino izləyiciləri üçün foyedə furşet masası təşkil edəcək.
Artıq kinoteatrın bütün filiallarında təqdim biletlərin satışına start verilib.
Xatırladaq ki, komediyasevərlər tammetrajli, 90 dəqiqəlik "Toy Tələsi” bədii filmini yanvarın 5-dən etibarən Park Cinema kinoteatrlar şəbəkiəsinin bütün kinoteatrlarında izləyə biləcəksiz.
Gülnarə ƏMİRQIZI
Telegram kanalımız