Trampın “sülh planı“ – Krımı və Donbası Rusiyaya vermək...

saytların hazırlanması

Evə çatdırılma

Trampın “sülh planı“ – Krımı və Donbası Rusiyaya vermək...

Siyasət

10 Mart 2024 12:19 650


ABŞ prezidentliyinə namizədliyini irəli sürməyi planlaşdıran eks-prezident Donald Tramp Ukraynadakı münaqişənin həlli planını hələ təqdim etməyib, lakin ABŞ-da mühafizəkar dairələrdə yayılan fikirlər onun necə görünə biləcəyini göstərir.

Yenisabah.az xəbər verir ki, bu barədə Almaniyanın “Bild” qəzeti “Trampın Ukrayna üçün gizli planı” başlıqlı məqaləsində yazır.

Keçmiş prezident daha əvvəl demişdi ki, yenidən seçiləcəyi təqdirdə münaqişəni 24 saat ərzində dayandırmaq niyyətindədir. “Bild” qeyd edir ki, Tramp “hələ təfərrüatları açıqlamayıb”. Sezar pizza

“Lakin mühafizəkar dairələrdə (buraya Trampı prezidentliyə namizəd kimi təsdiq edən Respublikaçılar Partiyası da daxildir) bir vaxtlar bu siyasi mühitdə nüfuzunu genişləndirən milyarder İlon Maskın formalaşdırdığı əsas məqamlar var. Onlar şərt qoyurlar ki, Rusiya Krımı və digər əraziləri öz nəzarətində saxlayacaq və Kiyev “NATO-ya daxil ola bilməyəcək” - məqalədə deyilir.

“Bild” xatırladıb ki, Maskın səsləndirdiyi təkliflər Qərbdə “Kreml təbliğatı” kimi rədd edilib. “Lakin Trampın çevrəsi arasında bu cür “atəşkəs” konturları hələ də yayılmaqdadır”, – nəşr qeyd edib.

“Həmçinin qorxular var ki, Tramp ABŞ-ı NATO-dan çıxara və Avropanın müdafiəsindən imtina edə bilər – bu, Almaniya da daxil olmaqla, qitə üçün ciddi nəticələrə gətirib çıxarar. Ümumilikdə, Trampın Rusiya və Ukrayna arasında müharibədə kimin qalib gələcəyini heç vaxt deməməsi narahatedicidir. Onun susqunluğu çox şeydən xəbər verir”, - “Bild” yazır./ Musavat.com


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!