“Financial Action Task Force” (FATF) Türkiyəni təşkilatın “boz siyahısı”ndan çıxarıb.
Yenisabah.az “TRT Haber”ə istinadla xəbər verir ki, bu barədə qərar FATF-ın Sinqapurda keçirilən Baş Assambleyasında qəbul edilib.
Xatırladaq ki, FATF 1989-cu ildə yaradılıb və çirkli pulların yuyulması və terrorizmin maliyyələşdirilməsi ilə mübarizə sahəsində qlobal standartları işləyib hazırlayan, həmçinin milli sistemlərin bu standartlara uyğunluğunu qiymətləndirən hökumətlərarası təşkilatdır. Dominos pizza
Türkiyə təşkilata 1991-ci ildə qoşulub və 2021-ci ildə “boz siyahı”ya daxil edilib.
Telegram kanalımız