Türkiyə İstanbul boğazlarını Rusiya gəmilərinə bağlayır – Qərar

saytların hazırlanması

Evə çatdırılma

Türkiyə İstanbul boğazlarını Rusiya gəmilərinə bağlayır – Qərar

Dünya

28 Fevral 2022 07:38 1720


Türkiyə Bosfor və Dardanel boğazlarının Rusiya hərbi gəmiləri üçün bağlanması barədə qərar qəbul edib.

“Yeni Sabah” xəbər verir ki, bunu xarici işlər naziri Mövlut Çavuşoğlu açıqlayıb. O bildirib ki, Ukraynada baş verənlər adi hərbi əməliyyat deyil, əsl müharibədir. Bu isə Türkiyənin Montrö razılaşmasına əsaslanmaqla boğazlardan hərbi gəmilərin keçməsini dayandırması üçün əsas yaradır.

Bununla belə Çavuşoğlu onu da qeyd edib ki, razılaşmaya əsasən qeydiyyat yeri Qara dəniz olan gəmilərin keçidinin qarşısını ala bilməzlər. Marqarita pizza

Ukrayna mətbuatının yazdığına görə, son həftələrdə boğazlardan Qara dənizə 6 Rusiya hərbi gəmisi və 1 sualtı qayığı keçib.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!