Türkiyə Böyük Millət Məclisinin (TBMM) sədri Mustafa Şentop yaxın günlərdə Azərbaycana səfər edəcək.
Yenisabah.az xəbər verir ki, bu barədə Modern.az-a TBMM-nin deputatı, Türkiyə-Azərbaycan parlamentlərarası dostluq qrupunun rəhbəri Şamil Ayrım məlumat verib.
Deputat bildirib ki, səfər TÜRK PA çərçivəsində baş tutacaq. Toyuqlu pizza
Şamil Ayrımın sözlərinə görə, Qarabağın işğaldan azad edilməsi müzakirə mövzularından biri olacaq:
“Səfər müddətində türk dövlətləri arasındakı münasibətlər, Qarabağın işğaldan azad edilməsi kimi məsələlər gündəmin müzakirə mövzusu olacaq”.
Telegram kanalımız