Türkiyə XİN Moskva görüşü ilə bağlı bəyanat verdi

saytların hazırlanması

Evə çatdırılma

Türkiyə XİN Moskva görüşü ilə bağlı bəyanat verdi

Dünya

14 Yanvar 2022 16:25 819


"Moskvada münasibətlərin normallaşması ilə bağlı Türkiyə-Ermənistan danışıqları müsbət atmosferdə keçib".

Yenisabah.az xəbər verir ki, bu barədə Türkiyə XİN-in bəyanatında qeyd olunur.

Ermənistan XİN də oxşar bəyanat verib. Toyuqlu pizza

"Moskvada keçirilən danışıqlarda Türkiyə və Ermənistan tam normallaşma üçün ilkin şərt olmadan danışıqları davam etdirmək barədə razılığa gəliblər", - deyə sənəddə qeyd olunur.

Türkiyə və Ermənistan nümayəndə heyətlərinin ilk görüşü Moskvada, Rusiya Xarici İşlər Nazirliyinin Qəbul Evində keçirilib.

Ermənistan-Türkiyə dialoqunun qurulması prosesində Ermənistanın xüsusi elçisi vitse-spikeri Ruben Rubinyan, Türkiyənin nümayəndəsi Türkiyənin xüsusi elçisi ABŞ-dakı keçmiş səfir Serdar Kılıçdır.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!