Türkiyədə daha 5 terrorçu məhv edildi

saytların hazırlanması

Evə çatdırılma

Türkiyədə daha 5 terrorçu məhv edildi

Dünya

20 İyun 2024 11:41 277


“Bozdoğan” antiterror əməliyyatının növbəti mərhələsi çərçivəsində Türkiyənin Van və Batman vilayətlərində qadağan olunmuş təşkilatların beş silahlısı zərərsizləşdirilib. 

Yenisabah.az bu barədə Türkiyənin daxili işlər naziri Ali Yerlikayanın sosial şəbəkələrdəki paylaşımına istinadla xəbər verir. 

Nazirin verdiyi məlumata görə, məhv edilən terrorçuların bir neçəsinin adları Türkiyə DİN-in xətti ilə axtarışda olan xüsusi təhlükəli cinayətkarların siyahısında olub.  Dominos pizza

A.Yerlikaya yazıb: “Bozdoğan” əməliyyatının 43-cü mərhələsində iştirak edən jandarm qoşunlarının xüsusi təyinatlı əsgərləri ilə terrorçular arasında Ağrı vilayətinin Doğubeyazit bölgəsi və Batmanın Palamut kəndi yaxınlığında atışma başlayıb. Müqavimət göstərən cinayətkarların koordinatları ATAK hücum helikopterlərinin ekipajlarına ötürülüb. Bundan əlavə, pilotsuz uçan aparatlarla da zərbələr endirilib”. 

Türkiyə DİN-in rəhbəri ölkənin hüquq-mühafizə orqanlarının terrorizmin kökünü tamamilə kəsmək əzmini vurğulayıb. 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!