"Müharibə başlayandan indiyədək Türkiyəyə gələn ukraynalıların sayı 20 minə çatıb".
Yenisabah.az xəbər verir ki, bunu Milliyyətçi Hərəkat Partiyasının (MHP) sədri Dövlət Baxçalı deyib.
O qeyd edib ki, görünən mənzərə Rusiyanın iddia etdiyi kimi ikitərəfli münaqişə deyil, söhbət birtərəfli işğaldan gedir. pizza mizza
"Burada əsas məsuliyyət Rusiyanın üzərinə düşür. Çünki ilk atəş açan, Ukrayna torpaqlarına girən Rusiyadır”, - deyə Baxçalı bildirib.
O əlavə edib ki, Rusiya və Ukrayna XİN başçılarının Antalya Diplomatiya Forumu çərçivəsində baş tutacaq görüşü diqqətəlayiq və ümidverici hadisədir.
Telegram kanalımız