Ukrayna mətbuatı Prezident İlham Əliyevin mətbuat konfransını geniş işıqlandırıb - Fotolar

saytların hazırlanması

Evə çatdırılma

Ukrayna mətbuatı Prezident İlham Əliyevin mətbuat konfransını geniş işıqlandırıb - Fotolar

Siyasət

01 Mart 2021 21:17 723


Ukraynanın nüfuzlu xəbər portalları Azərbaycan Prezidenti İlham Əliyevin fevralın 26-da yerli və xarici media nümayəndələri üçün keçirdiyi mətbuat konfransı barədə məqalələri geniş dərc edib.

Yenisabah.az xəbər verir ki, Ukraynanın “tsn.ua”, “dialog.ua”, “podrobnosti.ua”, “korrespondent.ua”, “polemika.ua” və digər xəbər portalları Prezident İlham Əliyevin mətbuat konfransında səsləndirdiyi fikirlərə geniş yer ayırıb.

Məqalələrdə dövlətimizin başçısının Azərbaycan və Ukrayna arasında əməkdaşlıq, Azərbaycan Ordusunun işğaldan azad etdiyi ərazilərdə uğurlu hərbi əməliyyatları, Ermənistanın verdiyi böyük itkilər barədə açıqlamaları da öz əksini tapıb. Toyuqlu pizza

Bundan başqa işğaldan azad olunan ərazilərdə Azərbaycanın yeni beynəlxalq hava limanlarının tikintisinə başlaması, Azərbaycanda yeganə rəsmi dil Azərbaycan dili olduğundan, bunun Qarabağ bölgəsində də tətbiq ediləcəyinə dair ölkə başçısının fikirləri də Ukrayna mətbuatında yer alıb.

/Azərtac


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!