“Ukrayna Ordusu cəbhənin bir neçə istiqamətində üstünlük əldə edib”   - Nazir müavini

saytların hazırlanması

Evə çatdırılma

“Ukrayna Ordusu cəbhənin bir neçə istiqamətində üstünlük əldə edib” - Nazir müavini

Dünya

25 Fevral 2022 11:01 1115


“Ukrayna Silahlı Qüvvələri cəbhənin bir neçə istiqamətində üstünlük əldə edib”.

“Report” xəbər verir ki, bunu ölkənin müdafiə nazirinin müavini Anna Malyar feysbukda yazıb.

Onun sözlərinə görə, Ukrayna Ordusu Birləşmiş Qüvvələrin Əməliyyatı bölgəsində, həmçinin Seversk, Slobojanskoye, Tavriçeskoye istiqamətlərində üstünlüklə döyüşlər aparır. pizza hut

“Döyüşlərimiz güclü, motivasiyalı və sarsılmazdırlar. Millətimizin də birliyi güclüdür! Qələbə bizimlədir”, - nazir müavini vurğulayıb.

Bundan başqa, Ukrayna Silahlı Qüvvələrinin Baş komandanı Valeri Zalujnı Çerniqov istiqamətində Rusiya işğalçılarının hücumunun dəf edildiyini açıqlayıb: “Düşmən Çerniqovdan Sednevə, Qrodnodan isə Semyovkaya çəkilməyə məcbur qalıb”. Onun sözlərinə görə, düşməndən xeyli sayda qənimət və sənəd əldə olunub.

 

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!