Son bir ayda Ukraynanın hava hücumundan müdafiəsi Rusiya qoşunları tərəfindən buraxılan raketlərin yalnız 30%-ini vura bilib.
Yenisabah.az “The Wall Street Journal”a istinadla xəbər verir ki, son 6 ayda Ukraynanın hava hücumundan müdafiə qüvvələri raketlərin orta hesabla 46%-ini vurub.
İlin əvvəlki yarısında isə hava hücumundan müdafiənin effektivlik göstəricisi 73% təşkil edib. Sezar pizza
Məhv edilməsi daha asan olan dronlara gəldikdə, hava hücumundan müdafiə effektivliyi göstəricisi son altı ayda cəmi 1% azalaraq orta hesabla 82%-ə düşüb.
Rusiya qoşunları Ukraynaya raket və dron hücumlarının intensivliyini altı ayda əvvəlki altı aya nisbətən 45% artırıb.
Ukrayna Silahlı Qüvvələrinin bu cür hücumlara qarşı ən yaxşı müdafiəsi olan "Patriot" sistemləri üçün sursat tükənir.
Telegram kanalımız