Ukrayna vətəndaşlarına müavinət veriləcək - Qərar

saytların hazırlanması

Evə çatdırılma

Ukrayna vətəndaşlarına müavinət veriləcək - Qərar

Dünya

03 Mart 2022 14:26 717


Ukraynanın Nazirlər Kabineti Rusiya işğalı nəticəsində işini itirmiş ukraynalılara 6.500 qrivna (366 manat) ödənilməsini nəzərdə tutan xüsusi yardım proqramı hazırlayıb.

Yenisabah.az xəbər verir ki, bu barədə Ukrayna prezidenti Volodimir Zelenski videomüraciətində bildirib.

"Ölkəmizin bütün bölgələrində müharibədən zərər çəkmiş ukraynalılar lazım olan hər şeyi alacaqlar. Koordinasiya qərargahı tam gücü ilə işləyir. Əsas humanitar yüklər yoldadır. Hökumətimiz artıq itkin düşən bütün ukraynalılarla bağlı xüsusi proqramı hazırlayıb. Hərbi əməliyyatlarda Rusiyanın işləmək imkanını əlindən aldığı hər bir fərd, sahibkar, hər bir Ukrayna vətəndaşı heç bir şərt olmadan 6.500 qrivna müavinət alacaq”. Dominos pizza

Həmçinin, Ukrayna Maliyyə Nazirliyi vətəndaşların pensiya, maaş və sosial müavinətləri vaxtında və tam şəkildə alacağına zəmanət verib.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!