Ukrayna müharibəsində 10 min miqrant iştirak edir - Rusiya rəsmisi

saytların hazırlanması

Evə çatdırılma

Ukrayna müharibəsində 10 min miqrant iştirak edir - Rusiya rəsmisi

Dünya

27 İyun 2024 14:13 496


Rusiya vətəndaşlığını qəbul etmiş 10 minə yaxın miqrant "xüsusi hərbi əməliyyat"ın iştirakçısı olub.

Yenisabah.az RBK-ya istinadla xəbər verir ki, bunu Rusiya İstintaq Komitəsinin rəhbəri Aleksandr Bastrıkin bildirib.

“Biz miqrantların yavaş-yavaş Rusiyanı tərk etməyə başlamasına səbəb olan hiyləni tapdıq. Bu nə hiylədir: Konstitusiyanın və qanunlarımızın vətəndaşlıq qəbul etmiş şəxslərin hərbçilərdə qeydiyyatdan keçməli və lazım gələrsə, "xüsusi hərbi əməliyyat"da iştirak etmələri ilə bağlı müddəalarını həyata keçirməyə başladıq”. pizza sifarişi

Bastrıkinin sözlərinə görə, müstəntiqlər “artıq vətəndaşlıq qəbul edən, lakin hərbi qeydiyyatdan keçmək istəməyən 30 mindən çox insanı yaxalayıb və qeydiyyata alıb. Onlardan 10 minə yaxını artıq "xüsusi hərbi əməliyyat" zonasına göndərilib".


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!