Ukraynada ilk dəfə “Kinjal“dan istifadə olundu

saytların hazırlanması

Evə çatdırılma

Ukraynada ilk dəfə “Kinjal“dan istifadə olundu

Dünya

19 Mart 2022 12:50 734


Rusiya Silahlı Qüvvələri Ukraynada hədəfi vurmaq üçün ilk dəfə “Kinjal” hipersəs raketlərindən istifadə edib.

Yenisabah.az xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyinin rəsmi nümayəndəsi general-mayor İqor Konaşenkov bildirib.

O, əməliyyat başlayandan ilk dəfə olaraq Ukraynadakı hərbi anbarı vurmaq üçün Rusiya Silahlı Qüvvələrinin “Kinjal” hipersəs raketlərindən istifadə etdiyini söyləyib: Sezar pizza

“Martın 18-də hipersəsli aeroballistik raketlərə malik “Kinjal” aviasiya raket sistemi İvano-Frankovsk vilayətinin Delyatın kəndində Ukrayna qoşunlarının raket və aviasiya sursatlarının böyük yeraltı anbarını məhv edib”.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!