“Ukraynanın sərhədləri dəyişməz olaraq qalacaq”

saytların hazırlanması

Evə çatdırılma

“Ukraynanın sərhədləri dəyişməz olaraq qalacaq”

Dünya

22 Fevral 2022 07:51 2020


Ukrayna prezidenti Vladimir Zelenski Rusiyanın hər hansı bəyanat və hərəkətlərinə baxmayaraq, ölkəsinin beynəlxalq səviyyədə tanınmış sərhədlərinin dəyişməz qalacağına əmin edib.

“Yeni Sabah” xəbər verir ki, Ukrayna dövlət başçısı bunu videomüraciətində söyləyib. "Bizim və dövlətimizin tarixlə bağlı uzun-uzadı mühazirələr oxumağa vaxtımız yoxdur. Ona görə də keçmişdən danışmayacağam. Mən sizə reallıqlar və gələcək haqqında danışacağam: Ukrayna Rusiya Federasiyasının hər hansı bəyanatlarına və hərəkətlərinə baxmayaraq beynəlxalq səviyyədə tanınmış sərhədləri daxilində qalacaq", - V.Zelenski qeyd edib.

Dövlət başçısı həmçinin qeyd edib ki, ukraynalılar sakitdirlər və özünəinamı itirməyiblər. Dominos pizza

"Buna görə bütün vətəndaşlara təşəkkür etmək istərdim - siz bir daha sübut edirsiniz ki, ukraynalılar ağıllı və müdrik xalqdırlar. Və hər şeyə baxmayaraq, soyuqqanlılığı saxlayır, sakit, balanslı reaksiya verir", - Ukrayna prezidenti vurğulayıb.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!
  • Beyler Ağayev
    Ruslarin qebul etdıklerı yersiz qerarlar qarşi yerinde verilmiş cavabdir. Putin'i mudafıe edenler ona ömürlük qulluq üçün söz verenlerdir ve asılı olanlardir. Lukasenko, İlham Eliyev, Beşer Esed....
    4 years ago