ABŞ prezidenti Co Bayden Ukraynaya əlavə 800 milyon dollar dəyərində təhlükəsizlik yardımı elan edəcək.
Yenisabah.az CNN-ə istinadla xəbər verir ki, bunu Ağ Ev rəsmiləri bildirib.
Planlarla tanış olan rəsmilər vurğulayıb ki, hərbi yardım paketinə tank əleyhinə raketlər və ABŞ-ın artıq təmin etdiyi digər müdafiə silahları, o cümlədən "Javelin" tank əleyhinə raketləri və "Stinger" zenit raketləri daxildir. pizza hut
Bu gün Co Baydenin çıxışı gözlənilir, yeni yardım paketi də onun nitqi əsnasında elan olunacaq.
Telegram kanalımız