ABŞ Konqresinin təsdiq etdiyi 60,8 milyard dollarlıq hərbi yardım paketinin bir hissəsi kimi ayrılan Amerika hərbi yardımı artıq Ukraynadadır.
Yenisabah.az BBC-yə istinadla xəbər verir ki, bunu ABŞ prezidentin milli təhlükəsizlik üzrə müşaviri Ceyk Sallivan deyib.
O bildirib: "Hərbi texnikanın bir hissəsi artıq döyüş meydanındadır. Həftədən həftəyə daimi axın olacaq”. Dominos pizza
Sallivan təsdiqləyib ki, Birləşmiş Ştatlar Ukraynaya daha çox "Patriot" hava hücumundan müdafiə sistemləri tədarük etməyə çalışır.
Telegram kanalımız