Ukraynaya yardım ləngiməyəcək - Metyu Miller

saytların hazırlanması

Evə çatdırılma

Ukraynaya yardım ləngiməyəcək - Metyu Miller

Dünya

10 May 2024 12:20 578


ABŞ yaxın həftələrdə Ukraynaya yeni silah tədarükünü elan edəcək.

Yenisabah.az xəbər verir ki, bunu Dövlət Departamentinin sözçüsü Metyu Miller bildirib.

O deyib ki, Birləşmiş Ştatlar Ukraynaya hərbi yardım göstərməyə və onun iqtisadiyyatını öz ayaqları üzərində dayana biləcəyi yerə çatdırmaq üçün dəstəkləməyə davam edəcək. pizza sifarişi

Rəsmi vurğulayıb ki, Ukrayna ordusundakı şəxsi heyətin sayı problemini Ukraynanın özü həll etməlidir.

Miller bildirib ki, ABŞ Rusiya aktivlərinin Ukraynanın ehtiyacları üçün istifadə olunmasını təmin etmək üçün avropalı tərəfdaşlarla işləməyə davam edir.

Xatırladaq ki, keçən ay Konqres 95 milyard dollarlıq əlavə yardım paketini qəbul etdi ki, bunun da 61 milyard dolları Ukraynanın maliyyələşdirilməsinə və ABŞ-ın silah ehtiyatlarının artırılmasına yönəlib.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!