UNICEF Qarabağ münaqişəsinə görə Azərbaycana yardım göndərdi - Fotolar

saytların hazırlanması

Evə çatdırılma

UNICEF Qarabağ münaqişəsinə görə Azərbaycana yardım göndərdi - Fotolar

Sosial

29 Noyabr 2020 13:40 1069


UNICEF-in Azərbaycandakı Nümayəndəliyi Dağlıq Qarabağ münaqişəsindən zərər çəkmiş qadın və uşaqları ilkin səhiyyə xidməti, tibbi yardımla təmin etmək üçün tərkibində dərman və ilk tibbi yardım materiallarının olduğu bağlamaları Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinə (TƏBİB) təhvil verib.

Yenisabah.az xəbər verir ki, bu barədə TƏBİB məlumat yayıb.

Bağlamaların 180-i Ağdam, Ağcabədi və Bərdə rayon xəstəxanalarına çatdırılacaq. Digərləri  isə UNICEF, TƏBİB və Regional İnkişaf İctimai Birliyinin birgə təşəbbüsü çərçivəsində bu rayonlardakı xəstəxanalardakı 20 körpə dostu otaqda fəaliyyət göstərəcək həkim və tibb bacılarına paylanılacaq.  Pepperoni pizza

Bu təşəbbüs çərçivəsində ana südü ilə qidalandırma və  erkən uşaqlıq dövrü inkişafı və qayğısı üzrə xidmətlərin göstərilməsi də təmin ediləcək.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!