Uşaq 9 gün meşədə tək qaldı

saytların hazırlanması

Evə çatdırılma

Uşaq 9 gün meşədə tək qaldı

Hadisə

20 Noyabr 2022 08:18 968


Doqquz gün əvvəl Sofiya yaxınlığındakı Pernik şəhəri ətrafındakı meşəlik ərazidə yoxa çıxan 12 yaşlı uşağın axtarışı şənbə günü uğurla başa çatıb.

Polisin məlumatına görə, dağ-xilasetmə xidmətinin xilasediciləri evdən 7 km aralıda, tərk edilmiş ərazilərdən birində autizmli uşağı tapmağa nail olublar.

Ölkənin səhiyyə naziri Asen Mecidiyev bildirib ki, susuzluq əlamətləri olan Aleksandr hazırda xəstəxanadadır, lakin onun həyatı üçün heç bir təhlükə yoxdur. pizza hut

Bütün bu günlər ərzində azyaşlının axtarışında yüzlərlə polis əməkdaşı, xilasedicilər və könüllülər iştirak ediblər. Sərhəd polisinin helikopteri, termal kameraları və dronlarından istifadə edilib.

Mütəxəssislər qeyd edirlər ki, nisbətən əlverişli hava şəraiti uşağın sağ qalmasına kömək edib. Belə ki, axtarış əməliyyatı aparılan ərazidə havanın temperaturu gündüzlər 12-14, gecələr təxminən 4-5 dərəcə olub. /Oxu.az


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!