Həsən Ruhaninin ofisinin rəhbəri Mahmud Vaezi onun qarşıdan gələn seçkilərdə iştirakının mümkünlüyünü inkar edib.
Yenisabah.az Ruyedad24-a istinadla xəbər verir ki, onun sözlərinə görə, Moderasiya və İnkişaf Partiyasının arzuladığı namizədlər Əli Laricani və İshaq Cahangiridir:
"Bu barədə cənab Laricani ilə danışıqlar olub. Partiyanın yekun siyahısına iki nəfərin adı daxil edilib; Əli Laricani və İshaq Cahangiri". pizza sifarişi
Vaezi seçkinin yüksək iştirakla keçiriləcəyinə ümid etdiyini ifadə edərkən deyir: "Ümid edirəm ki, seçkiyə qalan az vaxtda müstəqil şəxslər, partiyalar, qruplar ölkənin problemlərini dərk edən, planı olan, iradəsi olan birini tapmağa çalışacaqlar. Odur ki, namizədləri həm də onları müşayiət edən konkret komandası olmalıdır".
Telegram kanalımız