Vasif Talıbovun təyyarəsi Dubaya uçdu

saytların hazırlanması

Evə çatdırılma

Vasif Talıbovun təyyarəsi Dubaya uçdu

Hadisə

09 Dekabr 2022 15:05 32339


Naxçıvan Muxtar Respublikasının Ali Məclisinin sədri Vasif Talıbovun şəxsi təyyarəsi bu gün Birləşmiş Ərəb Əmirliklərinin Dubay şəhərinə uçuş edib.

“Yeni Sabah” xəbər verir ki, bu haqda məlumatı jurnalist Heydər Oğuz yayıb.

O, qeyd edib ki, təyyarənin Dubaya boş şəkildə uçduğu bildirilir və uçuşun səbəbi bilinmir. pizza hut

Qeyd edək ki, korrupsiya faktları ilə gündəmə gələn Naxçıvan MR ilə bağlı son günlər bir-birinə zidd çoxsaylı xəbərlər yayılmaqdadır. Bu xəbərlərdən biri də V. Talıbovun övladlarının Dubay şəhərindəki milyonluq mülkləri haqda idi. Belə bir məqamda MR-nın birinci şəxsinin təyyarəsinin Dubaya uçuş etməsi xeyli suallar yaradır.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!