Vəfat edən meyxanaçının evindən ürəkdağlayan görüntülər

saytların hazırlanması

Evə çatdırılma

Vəfat edən meyxanaçının evindən ürəkdağlayan görüntülər

Sosial

03 Dekabr 2024 14:38 4119


Vəfat edən meyxanaçı Xəyyam Əhmədlinin yaşadığı evdən görüntülər yayılıb.

BAKU.WS xəbər verir ki, bu barədə "Rəngarəng" verilişində kadrlar nümayiş olunub.

Xəyyamın evində lentə alınan görüntülər sözün əsl mənasında ürək dağlayıb. Kadrlarda onun anasının və qohumlarının dərin kədər hissi yaşadığı əks olunub. pizza sifarişi

Hazırda meyxanaçının yas mərasimi keçirilir. Mərasimdə onun ailə üzvləri yaxınları və tanınmış həmkarları iştirak edirlər.

Xatırladaq ki, Xəyyam uzun müddət idi ki xərçəng xəstəsi idi. Onun müalicəsi üçün lazım olan pul yığılsa da əməliyyat üçün ömrü çatmadı.

Meyxanaçı bu gün Əhmədli qəbirstanlığında torpağa tapşırılacaq.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!