“Vəzifəyə təyin olunmamla bağlı xəbər yayıb Ziya Məmmədovun şəkilini qoyurlar” - Elton Məmmədov

saytların hazırlanması

Evə çatdırılma

“Vəzifəyə təyin olunmamla bağlı xəbər yayıb Ziya Məmmədovun şəkilini qoyurlar” - Elton Məmmədov

Siyasət

30 Yanvar 2021 14:29 1271


"Mən öz vəzifəmdə, öz yerimdəyəm. Belə bir təyinat yoxdur".

Yenisabah.az xəbər verir ki, bunu AMEA İşlər İidarəsinin müdiri Elton Məmmədov bir neçə gün öncə qurumun Radiasiya Problemləri İnstitutunun baş direktoru vəzifəsinə təyin edilməsi ilə bağlı yayılan məlumata aydınlıq gətirərkən deyib. O bu dövlətə "ən sədaqətlə” xidmət edən şəxslərdən biri olduğunu bildirib: 

"Təyinat AMEA-ın Rəyasət Heyətinin qərarı ilə verilir. Rəyasət Heyəti qərar verməmiş onu necə geri oxuyar? Heç bu məsələ gündəliyə də çıxarılmayıb. Mən ömür boyu bu dövlətə, bu siyasətə sədaqətlə xidmət etmişəm və ömrümün sonuna kimi də belə olacaq. Maraqlıdır ki, mətbuat Elton Məmmədovun vəzifəyə getməsi ilə bağlı məlumat yayır, amma Ziya Məmmədovun şəkilini qoyurlar. Lap yaxşı. Ziya Məmmədovun qardaşı kimdir? Bu dövlətə ən sədaqətlə xidmət edən, potensialı olan insanlar. Mənim qara gözümə, qara qaşıma vurulmayıblar ki, vəzifə verirlər. Yəqin ki, bu sədaqətli xidmətimdə, idarəçilikdə, təcrübəmdə, təhsildə mövqeyimi möhkəmləndirmişəm ki, irəli gedirəm". pizza mizza

Qeyd edək ki, bir necə gün öncə mətbuatda AMEA-ın İşlər İdarəsinin müdiri Elton Məmmədovun AMEA-nın Radiasiya Problemləri İnstitutunun baş direktoru vəzifəsinə təyin edilməsi ilə bağlı məlumat yayılıb. AMEA isə bunun əsassız olduğunu açıqlayıb.  /Qaynarinfo


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!