Vəziyyət kəskinləşdi - Sülh plandan çıxarıldı

saytların hazırlanması

Evə çatdırılma

Vəziyyət kəskinləşdi - Sülh plandan çıxarıldı

Dünya

14 May 2024 01:31 11650


Kremldə kadr dəyişiklikləri Rusiyanın uzunmüddətli müharibəyə hazırlığından xəbər verir və heç bir sülh danışıqlarından söhbət getmir.

Yenisabah.az Teleqraf.com-a istinadən xəbər verir ki, bunu ukraynalı analitik İqor Çalenko deyib.

“İndiki mərhələdə Nikolay Patruşevin hara gedəcəyi hələ bəlli deyil. Ancaq xüsusilə Belousova gəldikdə, bu, Rusiyanın öz iqtisadiyyatını hərbi xəttə keçirməyə davam etdiyinə və Müdafiə Nazirliyi daxilində korrupsiya ilə bağlı böyük problemləri həll etmək istədiyinə işarədir”, - ekspert bildirib. Marqarita pizza

Çalenkonun fikrincə, müdafiə naziri təyin edilən Andrey Belousov Prezident Vladimir Putinə yaxın adamdır:

“Bu, Rusiyanın uzunmüddətli müharibəyə hazırlaşdığına işarədir. Bu, bizim üçün müsbət siqnal deyil, amma buna hazır olmalıyıq. Üstəlik, Şoyqunun Təhlükəsizlik Şurasına keçməsi ona təhlükəsizlik blokunu koordinasiya etmək imkanı verir ki, bu da Rusiyanın fəaliyyətində hərbi komponentlərin güclənməsindən xəbər verir. Yeri gəlmişkən, bu, Rusiyanın sülh danışıqları aparmağı planlaşdırmadığına dair böyük mesajdır. Uzunmüddətli və genişmiqyaslı müharibəyə hazırlaşırlar”.

Analitikin fikrincə, Şoyqu üçün Təhlükəsizlik Şurasının katibi vəzifəsinə keçid bir növ sürgün deyil, çünki bu qurum da təsiredici strukturdur: “Son bir neçə ildə Patruşevin gücünü bu vəzifədə olanda görmüşük”.

Eyni zamanda, Çalenko əlavə edib ki, Şoyqunun korrupsioner fəaliyyətlərinin üzərindən sükutla keçilməyəcək, zamanla bunun üzərindən ona təzyiqlər ediləcək.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!