Volkan Bozkır: Fransa açıq şəkildə Ermənistana dəstək verir

saytların hazırlanması

Evə çatdırılma

Volkan Bozkır: Fransa açıq şəkildə Ermənistana dəstək verir

Siyasət

14 Mart 2024 14:11 380


Fransa silah satmaqla açıq şəkildə Ermənistana dəstək verir.

Yenisabah.az xəbər verir ki, bunu BMT Baş Assambleyasının 75-ci sessiyasının sədri, Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin üzvü Volkan Bozkır “Parçalanmış dünyanın bərpası” mövzusunda keçirilən XI Qlobal Bakı Forumunun l panel müzakirəsində deyib.

O vurğulayıb ki, Azərbaycan və Ermənistan arasında münaqişə danışıqlar nəticəsində həll olunmurdu: "Bu münaqişə 30 il davam etdi. Azərbaycan yalnız hərbi yolla torpaqlarını azad etdi". pizza sifarişi

V. Bozkır BMT-nin artıq münaqişələrin həllində rolunun azaldığını qeyd edib:

"O,  təcrid edilmiş bir təşkilata çevrilib. Dünya üçün təlatümlü məsələləri düşünmür. BMT-nin büdcəsi azalıb, NATO-nun büdcəsi artıb. Amerikanın apardığı siyasət yeni müharibələrə sövq edir. Biz ölkələri NATO gücündən ayırmalı və fərdi güclərini üzə çıxarmalıyıq".

V. Bozkır qeyd edib ki, Rusiya-Ukrayna müharibəsi ilə heç nə əldə edilməyəcək, əksinə dünyada müharibələr daha da genişlənəcək.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!