Vüqar Həşimovun anası belə xilas edildi - VİDEO

saytların hazırlanması

Evə çatdırılma

Vüqar Həşimovun anası belə xilas edildi - VİDEO

Sosial

03 Dekabr 2024 11:27 608


Xəbər verdiyimiz kimi, Abşeron rayonu, Novxanı kəndində mərhum şahmatçı Vüqar Həşimovun valideynlərinin yaşadığı evdə partlayış baş verib. 

“Yeni Sabah” xəbər verir ki, dərhal əraziyə Fövqəladə Hallar Nazirliyinin qüvvələri cəlb olunub.

Xilasedicilər tərəfindən həyata keçirilən axtarış-xilasetmə tədbirləri nəticəsində dağıntı altından  Vüqar Həşimovun anası sağ çıxarılaraq xilas edilib. pizza sifarişi

Qeyd edək ki, reanimasiya şöbəsinə yerləşdirilən 1949-cu il təvəllüdlü şəxsə hər iki aşağı ətrafın və sifətin I, II, III dərəcəli yanığı, 1959-cu il təvəllüdlü şəxsə isə sol bud sümüyünün sınığı, sol əlin yarası diaqnozları təyin edilib. Müalicələri davam etdirilir, vəziyyətləri ağırdır.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!