Vüqar Həşimovun partlayışda yaralanmış valideynləri: TƏBİB son vəziyyəti bildirdi

saytların hazırlanması

Evə çatdırılma

Vüqar Həşimovun partlayışda yaralanmış valideynləri: TƏBİB son vəziyyəti bildirdi

Sosial

05 Dekabr 2024 11:27 507


Novxanıda baş verən partlayışda xəsarət alan mərhum şahmatçı Vüqar Həşimovun 65 yaşlı atası Qasım Həşimovaun müalicəsi TƏBİB-in tabeliyindəki Mərkəzi Neftçilər Xəstəxanasının Reanimasiya şöbəsində davam etdirilir.

Yenisabah.az xəbər verir ki, bu barədə TƏBİB-dən məlumat yayıb.

Hazırda yaralının vəziyyəti ağır-stabildir: "Bədən səthinin 55%-ni əhatə edən 2-ci və 3-cü dərəcəli yanıq xəsarətləri ilə xəstəxanaya yerləşdirilən şəxsin yaraları cərrah tərəfindən izlənilir". pizza sifarişi

Bundan başqa, TƏBİB-in Yeni Klinikaya təxliyə olunan mərhum şahmatçının 55 yaşlı anası Aida Həşimovanın müalicəsi Reanimasiya şöbəsində aparıldığını bildirib:

"Bədənin müxtəlif nahiyələrində çox sayda cırılmış, kəsilmiş, didilmiş yaralar və sol əlinin ovuc qismində dərin kəsik yarası diaqnozu təyin edilib, eyni zamanda rentgen və tomoqrafiya müayinələrindən sonra hər iki bud sümüyün aşağı hissəsində qapalı yerdəyişməli qırıq aşkarlanıb. Pasiyentə zəruri tibbi xidmətlər göstərilib. Daha sonra ailə üzvlərinin istəyi ilə özəl tibb müəssisələrindən birinə təxliyə olunub".


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!