Vurulan piyada qəfildən qatar yoluna çıxıb - Rəsmi açıqlama

saytların hazırlanması

Evə çatdırılma

Vurulan piyada qəfildən qatar yoluna çıxıb - Rəsmi açıqlama

Hadisə

08 Dekabr 2022 09:32 832


Bu gün səhər saat 07:40 radələrində 6006 saylı Sumqayıt-Xırdalan-Bakı elektrik qatarı Güzdək-Xırdalan mənzilinin 11-ci kilometrində 101 km/saat sürətlə (təyin olunmuş sürət 105 km/saat) hərəkətdə olan zaman dəmir yolu xətlərindən piyadaların keçidi üçün qadağan olunmuş yoldan qəfil keçməyə cəhd etmiş şəxsi vurub. 

Azərbaycan Dəmir Yolları QSC-dən (ADY) Yenisabah.az-a verilən məlumata görə, vurulan şəxs hadisə yerində dünyasını dəyişib.

Hadisə hüquq mühafizə orqanları tərəfindən aidiyyəti üzrə araşdırılır. pizza hut

İctimaiyyətə əlavə məlumat veriləcək.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!