Xaçmaz-Quba yolunda xəsarətlə nəticələnən yol qəzası baş verib.
Yenisabah.az xəbər verir ki, hadisə Xaçmaz-Quba magistral yolunun 12-ci km-də qeydə alınıb.
Belə ki, traktor hərəkətdə olarkən "QAZel" markalı yük avtomobilinə çırpılıb. Daha sonra traktorun sürücüsü hadisə yerindən yayınarkən hərəkətdə olan “Mercedes" markalı nəqliyyat vasitəsi ilə toqquşub. pizza mizza
Qəza zamanı Xaçmaz rayon sakinləri, 1989-cu il təvəllüdlü Qeybullayeva Ülviyyə Bəhruz qızı və 1964-cü il təvəllüdlü Cavadova Sevda Talıb qızı müxtəlif dərəcəli xəsarətlər alıblar.
Yaralılar Xaçmaz Rayon Mərkəzi Xəstəxanasına çatdırılıblar.
Şahidlərin sözlərinə görə, hadisəyə səbəb traktorun sürücüsünün ötmə əməliyyatını düzgün yerinə yetirməməsi olub.
Faktla bağlı araşdırma aparılır./Report
Telegram kanalımız