Xaçmaz rayonunda avtomobil körpüdən aşıb.
Yenisabah.az xəbər verir ki, hadisə Gəndob-Xaçmaz-Yalama magistral yolunun 15-ci km-də, Caqacuq çaydan keçən hissəsində qeydə alınıb.
Belə ki, "Vaz-2106" markalı minik avtomobili hərəkətdə olarkən sürücü idarəetməni itirib və nəqliyyat vasitəsi körpüdən aşıb. Marqarita pizza
Qəza zamanı rayonun Ərəb kənd sakinləri, 1988-ci il təvəllüdlü Əli Ağamməd oğlu Kərimov və 1993-cü il təvəllüdlü Təyyar Mehtiqulu oğlu Zeynalov müxtəlif dərəcəli bədən xəsarətləri alıblar.
Yaralılar Xaçmaz Rayon Mərkəzi Xəstəxanasına çatdırılıblar.
Faktla bağlı araşdırma aparılır./Report
Telegram kanalımız