Xaçmazda qətl: Şübhəli şəxs saxlanıldı

saytların hazırlanması

Evə çatdırılma

Xaçmazda qətl: Şübhəli şəxs saxlanıldı

Kriminal

04 Noyabr 2023 11:11 1373


Xaçmaz rayonunda qeyri-aşkar şəraitdə törədilmiş daha bir cinayətin isti izlərlə açılması təmin edilib.

Yenisabah.az xəbər verir ki, bu barədə Xaçmaz rayon Prokurorluğu məlumat yayıb.

Noyabrın 3-də Xaçmaz rayonu ərazisində 1966-cı il təvəllüdlü Rasim Hacıyevin kəsilmiş-deşilmiş xəsarətlərdən ölməsi barədə rayon prokurorluğuna məlumat daxil olub. Sezar pizza

Həyata keçirilən kompleks istintaq-əməliyyat tədbirləri nəticəsində 1962-ci il təvəllüdlü Faiq Əliyevin Xaçmaz şəhəri ərazisində yerləşən evlərdən birində aralarında yaranmış mübahisə zamanı bıçaqla çoxsaylı xəsarətlər yetirərək Rasim Hacıyevi qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.

Faktla bağlı Xaçmaz rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsilə cinayət işi başlanılıb, prokurorluğun qərarı əsasında Faiq Əliyev şübhəli şəxs qismində tutulub.

Hazırda ibtidai istintaq davam edir.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!