Xalq artisti: “Bu, Ukraynanın öz vicdanına vurduğu xəncərdir”

saytların hazırlanması

Evə çatdırılma

Xalq artisti: “Bu, Ukraynanın öz vicdanına vurduğu xəncərdir”

Şou

07 Dekabr 2022 16:17 872


Xalq artisti Flora Kərimova Ukraynada 8 il müddətinə həbs edilən Vətən müharibəsi iştirakçısı Misir Qasımlı ilə bağlı paylaşım edib.

Yenisabah.az xəbər verir ki, sənətçi sosial şəbəkə hesabında ona dəstək olub:

“Qazi Misir Qasımlıya 8 il iş kəsildi! Məmləkətində müharibə gedən Ukrayna imkan verməməli idi ki, 44 günlük qalibiyyətimizin heyfini diz üstə qoyduğumuz düşmən bir qazidən çıxsın! Azərbaycan dövləti və xalqı ən çətin vaxtında, siyasi riskə gedib onlara hər cəhddə dayaq oldu. Ukraynalı hakim, Ukrayna ədaləti bu qərarı qəbul edəndə heç olmasa Ukrayna torpağı uğrunda canını qurban verən azərbaycanlı şəhidlərimizin ruhundan və azərbaycanlı adını daşıyan Misirdən utanmalı idi. Bu qərar Ukrayna ədalətinin öz vicdanına vurduğu xəncərdir”. Dominos pizza


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!