Xalq artistinin 15 milyon manata satışa çıxardığı evi alan yoxdur

saytların hazırlanması

Evə çatdırılma

Xalq artistinin 15 milyon manata satışa çıxardığı evi alan yoxdur

Şou

31 Dekabr 2022 21:34 38108


Müğənni Alla Puqaçova və əri Maksim Qalkin tələbatın az olması səbəbi ilə Qryaz kəndindəki villanı satmaqdan vaz keçiblər.

Bu barədə daşınmaz əmlak üzrə ekspet Arina Latz danışıb. O bildirib ki, baharın əvvəlində bu malikanəyə mütəxəssislər tərəfindən 1 ilə 10 milyard (237 milyon manat - red.) rubl arasında qiymətləndirilib:

"Qiymətə torpaq, villanın özü və daxili dizaynı əlavə edilib. O vaxtdan bəri çox şey dəyişdi. İndi bir milyard rubl qiymətindən danışa bilmərik. Hazırda bu mülkü  500-600 milyon (15 milyon manat - red.) rubl dəyərində qiymətləndirmək olar", - deyə Latz bildirib. Sezar pizza

Onun sözlərinə görə, indiki vəziyyətdə ruslar arasında bu evi 500 milyon rubla belə almaq istəyən yoxdur. Latz əmindir ki, malikanəni xüsusi dizaynı, qorunmayan ərazisi və "praktikliyi" səbəbindən satmaq son dərəcə çətin olacaq. Restoranların, mağazaların və elit kottec qəsəbələri üçün xarakterik olan digər infrastrukturun olmadığı bir kənddə yerləşir. /Olay.az


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!