Xalq artistinin oğlu: “Atam haqda şayiə yayırlar” - VİDEO

Xalq artistinin oğlu: “Atam haqda şayiə yayırlar” - VİDEO

Şou

24 Yanvar 2023 18:06 723


Aktyor Cavidan Novruz atası Xalq artisti Ramiz Novruzun səhhətindən söz açıb.

Yenisabah.az bizim media-ya istinadla xəbər verir ki, sənətkarın oğlu "Sözbaz" maqazin verilişinə müsahibəsində bildirib ki, indi atası özünü daha yaxşı hiss edir.

"Atam Ramiz müəllim özünü yaxşı hiss edir. Bu günə də şükür. Bir ara onun səhhəti yaxşı deyildi. İndi hər şey qaydasına düşür. Atam haqqında yazılanlar boş şeylərdir. Bəzi insanlar onunla bağlı şayiələr yayırlar. Mənasız bir şeylərdir. İnşallah, yaxın aylarda atamla bir yerdə efirlərə çıxacağıq".

Qeyd edək ki, Ramiz Novruz mədə xərçəngindən əziyyət çəkir. O, bir müddət əvvəl əməliyyat olunub və sözügedən xəstəlikdən tam sağalıb. Xalq artisti efirlərə çıxmamağının səbəbini isə həddən artıq arıqması ilə əlaqələndirib.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!